`Torpağıma qanunsuz girib məni təhqir edir` - 74 yaşlı qadın şikayətçidir (VİDEO)


17:30     10 Noyabr 2016 qadin%20tukezban.JPG


Göyçay rayonu Qızılağac kənd sakini Şirinova Tükəzban Salman qızı tərəfindən Femida.az -a müraciət daxil olub. Vətəndaş müraciətində ona məxsus torpaq sahəsinin
Mahmudov Gündüz Ağaəli oğlu tərəfindən qanunsuz zəbt olunmasından və məhkəmənin qərarı olmasına baxmayaraq həmin şəxsin torpaq sahəsindən çıxarılmamasından şikayətçidir. Müraciəti ixtisarla təqdim edirik :



“Göyçay rayon İcra Şöbəsinin rəisi İlqar Abdurrahmanov və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ucar şöbəsinin müdiri Pəhləvan Gülaəliyev Göyçay Rayon Məhkəməsinin 23 may 2016-cıil tarixli 2(046)-37/2016 nömrəli qətnaməsini qəsdən icra etmirlər. Saxtakarlıqla bizə məxsus torpaq sahəsini başqasının kimi göstəriblər.

Həmin iş üzrə cavabdeh Mahmudov Gündüz Ağaəli oğlu sənədləri saxtalaşdırıb. Məqsəd isə cavabdeh Gündüz Mahmudovun həmin zəbt etdiyi torpaq sahəsindəki meyvələri yığıb satmasına şərait yaratmaqdır. Çünki Gündüz Mahmudov həmin yerdəki meyvələrdən hər il küllü miqdarda qazanc əldə edir.

Göyçay Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsi ilə iddiam qismən təmin edilmiş, torpağa mülkiyyət hüququna JN-002 KOD 40808018 saylı dövlət aktına əsasən mənim və ailə üzvülərimin ümumi-birgə mülkiyyətimizdə olan 5,40 hektar pay torpaq sahəmizin 1.32 ha hissəsindən cavabdeh Mahmudov Gündüz Ağəli oğlunun çıxarılması və həmin torpaq sahəsinə daxil olmasına son qoyulması qət edilib.

Göyçay Rayon Məhkəməsinin həmin qətnaməsi qanunu qüvvəsini alıb icraya yönəlib. Ancaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ucar şöbəsinin müdiri Pəhləvan Gülaəliyev və Göyçay rayon icra şöbəsinin rəisi İlqar Abdurrahmanov həmin qətnaməni qəsdən icra etmir, müxtəlif bəhanələrlə saxtakarlıqlar etməyə çalışır.

Həmin pay torpağını mərhum prezidentimiz Heydər Əliyevin imzası ilə bizim ailəyə veriblər. Cavabdeh Gündüz Mahmudov həyat yoldaşım öləndən sonra həmin qanunu torpağımızı zəbt edib üzərindəki ağaclarının meyvəsini hər il satıb küllü miqdarda qazanc əldə edir.Ortada qanunu qüvvəyə minib icraya yönəlmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq cavabdeh yenədə zəbt etdiyi bizə məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə edir.

Cavabdeh Gündüz Mahmudov bizə açıq aşkar qorxmadan dedi ki, nə qanun var nədə ki. dövlət mən qanunları pulla alıram, özünüzü öldürsənizdə xeyri yoxdur.

Mənim 74 yaşım var dövlət qanunlarını daima ali tutmuşam. Azərbaycan Respublikasının Konstitusiyası qoca-cavan hər bir vətəndaş üçün müqəddəs sayılmalıdır. ”

Femida.az məsələ ilə bağlı Göyçay rayon İcra Şöbəsinin rəisi İlqar Abdurrahmanovla əlaqə saxlayıb. İlqar Abdurrahmanov açıqlamasında bildirib ki, o qadının müraciəti ilə bağlı işlər görülüb.

“O qadın başqasının ərazisini istəyir. Biz icraçıyıq. Məhkəmə deyilik ki, qərar çıxaraq. Məhkəmənin qərarı ilə biz ona boş torpaq sahəsi ayırmışıq. O qadının tələbləri boş yerədir. Özüm onu məhkəməyə verəcəm. Bizim şərəf və ləyaqətimizə toxunur. Qətnamədə göstərilən ərazi ona ayrılıb.”

Xatırladaq ki, Göyçay Rayon Məhkəməsinin 23 may 2016-cıil tarixli 2(046)-37/2016 nömrəli qətnaməsində qeyd olunur ki, Şirinova Tükəzban Salman qızına və ailəsinə məxsus torpağın 1.32 ha hissəsindən cavabdeh Mahmudov Gündüz Ağəli oğlu çıxarılmalı və həmin torpaq sahəsinə daxil olmasına son qoyulmalıdır. Ancaq göründüyü kimi, həmin şəxs yenə də torpaq sahəsində fəaliyyətini davam etdirir.

Femida.az məsələni diqqətdə saxlayacaq.

Məhkəmənin çıxardığı qətnamənin fotolarını təqdim edirik:












Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 5202


Oxşar xəbərlər